2019-cu il mayın 25-də Neft Mühəndisləri Cəmiyyətinin Xəzər Universiteti Tələbə Məclisinin təşkilatçılığı və Xəzər Universitetinin Neft mühəndisliyi departamentinin müdiri dosent Qəşəm Zeynalovun rəhbərliyi altında Xəzər Universitetinin neft-qaz mühəndisliyi və coğrafiya müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələri, eləcə də, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan-Fransız Universitetinin tələbələri Qobustan rayonunda yerləşən Azərbaycanın aktiv vulkanlarından biri olan Şıxzəgirli palçıq vulkanında və Pirəkişkül qəsəbəsində yerləşən Pirəkişkül palçıq vulkanında geoloji risk və seysmiklik elementlərinin təzahürləri ilə tanış oldular. Müşahidə edilən vulkanların timsalında dosent Qəşəm Zeynalov Azərbaycanda palçıq vulkanlarının əmələ gəlmə mexanizmi və onların püskürmə xarakteri və eləcə də, geoloji risk və neft və qaz yataqlarının axtarışı ilə əlaqədar dərin qatlar haqqında əsas məlumat mənbəyi olduğu haqqında tələbələrə açıq dərs keçdi.