2019-cu il mayın 22-də Xəzər Universitetinin müəllimi Qardaşxan Əzizxanlı Azərbaycan Yazıçılar Birliyi, “Kainat” Gənclik Mərkəzi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qubada Məmməd Arazın yaradıcılığına həsr olunmuş Poeziya Günü keçirdi.
Layihə rəhbəri Q.Əzizxanlı Poeziya Gününün məqsədi barədə məlumat verdi. Sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev şairin həyat və yaradıcılığından söz açdı.
M.Araz sənətinin xüsusiyyətlərindən danışan millət vəkili, yazıçı Aqil Abbas və şair Ramiz Qusarçaylının çıxışlarından sonra M.Araz şeirlərinin ifası üzrə müsabiqə qalibləri və fərqlənənlər –Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının, Quba Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, Quba rayon məktəb-lisey, texniki təmayüllü lisey və tam orta məktəb şagirdləri təltif olundular.
Şairin qızı “Ədalət” qəzetinin baş redaktoru, əməkdar jurnalist İradə Tuncayın da iştirak etdiyi tədbir bədii qiraət ustası Ağalar Bayramovun, “Gözəl Quba” ansamblının solistləri Ramiz Ramazanov və Ruhanə Məmmədovanın çıxışları ilə yekunlaşdı.