2019-cu il mayın 27-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “İsmayıl Şıxlı yaradıcılığında soykökə qayıdış problemi” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Bakı Dövlət Universiteti Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, Xəzər Universiteti Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədli, Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Vurğun Əyyub, dosent Dilbər Zeynalova və tələbələr iştirak edirdilər.
Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Vurğun Əyyub tədbirin əhəmiyyətindən danışdı.
Sonra f.ü.e.d. Məti Osmanoğlu və Dillər və ədəbiyyatlar departamentinin dosenti Dilbər Zeynalovanın məruzələri əsasında tədbir davam etdi.
Sonda isə tələbələrin sualları cavablandırıldı.