Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin baş müəllimi Firəngiz Nəsirovanın dəvəti ilə Bakının Səbail rayonundakı 6 nömrəli orta məktəbin bir qrup yuxarı sinif şagirdləri və müəllimləri 2019-cu il mayın 21-də universitetin qonağı oldular. Məktəblilər Firəngiz Nəsirovanın “Şekspir 16-cı əsrdə və müasir dövrdə” mövzusunda keçdiyi dərsi dinlədilər və 4-cü kurs tələbələri ilə ingilis dilində çox maraqlı müzakirələr apararaq, öz fikirlərini söylədilər.
Sonra yuxarı kurs tələbələri Əhəd və Elza məktəbliləri universitetin kitabxanası, Mədəniyyət mərkəzi və departamenləri ilə tanış etdilər. Məktəbin ingilis dili müəllimi Səbinə Həsənova və təşkilatçı Failə Əfəndiyeva bu görüşdən çox məmnun olduqlarını bildirdilər.