Böyük məmnuniyyətlə Xəzər Universitetinin tələbə, məzun, müəllim, elmi və inzibati işçilərinə şad xəbər veririk!
Xəzər Universiteti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən Bakının Xəzər rayonu Buzovna qəsəbəsində böyük torpaq sahəsini satın aldı!
Bu, Azərbaycanda universitet üçün ayrılmış ən böyük sahədir!
Gələcək Kampus planı üzərində iş başlandı!
Bütün Xəzər ailəsini, Xəzərin potensial tələbələrini, bütün Xəzər Universiteti sevənləri Universitet tarixindəki bu böyük uğur münasibətilə təbrik edirik.