2019-cu il mayın 13-dən 18-dək Xəzər Universiteti Kimya və kimya mühəndisliyi departamentinin koordinatoru Dr. Rasoul Moradi Erasmus+ müəllimlərin mobillik proqramı vasitəsilə bir həftəlik Portuqaliyanın Bragança Politexnik İnstitutında səfərdə oldu. Səfər zamanı o, BPİ tədqiqatçıları ilə görüş keçirdi və birgə tədqiqatın potensial sahələrini müzakirə etdi. Dr. Moradi BPİ-nin kimya mühəndisliyi ixtisası üzrə magistr tələbələrinə Xəzər Universitetində aparılan aktiv tədqiqatlar mövzusunda mühazirə verdi.
Onun nanotexnologiya sahəsində mühazirələrinin əsas mövzusu “Suya qarşı super davamlı və buza qarşı davamlı səthlər: Nano strutkurlaşıdırlmış iyerarxiyanın arxasında nə dayanır?” Bundan əlavə, o, BPİ tələbələrini və tədqiqatçılarını Xəzər Universitetinin təkmilləşdirilmiş materiallar və nanomateriallar sahəsində innovativ tədqiqat aparılması imkanları barədə məlumatlandırdı.
Davamlı səfərlər əsasında nanomaterialların tədqiqatı üzrə hər iki universitet arasında əməkdaşlıq məqsədəuyğun hesab edildi.