Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Dövlət Univeristetinin təşkilatçılığı ilə “Mənim elmdə ilk addımlarım” adlı tələbələrin IV respublika elmi konfransında Xəzər Univeristetinin fizika ixtisası üzrə tələbəsi Tural Bağırovun “Silisium fotoelementi əsaslı led driver” adlı elmi məqaləsi məruzə edilmiş və dərc olunmuşdur. Elmi iş Fizika və elektronika departamentində yerinə yetirilmişdir. Tural Bağırovun məruzəsi konfrans iştirakçıları tərəfindən çox maraqla dinlənilmiş və uyğun sertifikatla təltif olunmuşdur.