2019-cu il mayın 16-da Xəzər Universitetinin Peşə Mərkəzi və İqtisadiyyat və menecment fakültəsinin təşkilatçılığı ilə “Coca Cola”-Azərbaycan şirkətinin əməkdaşı Çinarə Məhərrəmova Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin sonuncu kurs tələbələri ilə görüşdü. Görüşdə “Çoca-Cola”nın start verdiyi 12 aylıq Menecment Təcrübə Proqramı haqqında ətraflı məlumat verildi və tələbələrin sualları cavablandırıldı.
Qeyd edək ki, bu proqram təcrübəçilərə Gündəlik Tələbat Malları (FMCG) sahəsinin müxtəlif aspektlərində iş təcrübəsi, kompleks problemləri həll etmək üçün bacarıq və peşəkar təcrübəni inkişaf etdirmək, insanlarla yeni əlaqələr qurmaq və iş həyatında tez-tez qarşıya çıxan çətinlikləri təcrübədən keçirmək imkanı verəcək.