2019-cu il mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti Roza Cəlilovanın 90 illiyinə həsr olunan yubiley tədbiri keçirildi. Tədbirdə görkəmli rəqqasə Roza Cəlilovanın yaradıcılığından danışıldı, sənət fəaliyyətinə nəzər salındı.
Yubiley tədbirinin konsert proqramında ölkənin musiqi kollektivləri ilə yanaşı Xəzər Universitetinin rəqs ansamblı (bədii rəhbər Səbinə İsmayılova) da çıxış etdi.