2019-cu il mayın 13-dən 17-dək Xəzər Universiteti Beynəlxalq Əlaqələr Ofisinin əməkdaşı İncə Əliyeva Polşanın Varşava şəhərində Kozminki Universitetində Kadrların Təlimi Həftəsində iştirak etdi. Ümumilikdə, təlimdə Kozminski Universitetinin 29 tərəfdaş universitetindən 35 nəfər işçi heyət iştirak edirdi.
Həftəlik iclas ərzində akademik və inzibati işçilərlə bağlı müxtəlif mövzular müzakirə edildi. Birincisi, ev sahibi universitet olaraq, Kozminski Universiteti prioritet istiqamətlərini –qlobalizasiya və rəqəmsallaşma ilə bağlı tərəflərini paylaşdı. Bu iki istiqamət təlim zamanı əsas diqqət mərkəzində idi. Birgə tərəfdaş universitetlər müəyyən istiqamətlər üzrə perspektivlərini paylaşdılar və uzunmüddətli əməkdaşlıq üçün gələcək potensialın gücləndirilməsi yollarını müzakirə etdilər.
Ev sahibi universitet e-xidmətlər, virtual universitet, e-təhsil kimi platformalar yaratmaqla, təhsil sisteminin rəqəmsallaşdırılmasına dair təcrübəsini iştirakçılarla bölüşdü. Kozminski Universitetinin müvəffəqiyyətlərindən biri, təlim iştirakçıları ilə birgə imtahan sisteminin rəqəmsallaşdırılmasıdır: Norveç texnologiya şirkəti İnspera tərəfindən dəstəklənən bütün onlayn imtahan prosesi, tələbələr arasında rəqəmsal olaraq aparılır.
Ümumilikdə, Kadrların Təlimi Həftəsi gələcək əməkdaşlıq üçün səmərəli oldu.