2019-cu il mayın 20-də IMIC şirkətinin nümayəndələri “Qazan” layihəsi barədə tələbələrə ətraflı məlumat verdilər. Qazan –IMIC şirkəti tərəfindən təsis olunmuş innovativ layihələr üçün biznes inkubatorudur. Məqsəd ideya və ya gənc sahibkarların öz istəklərinə qısa müddətdə müvəffəq olmaqda yardım etməkdir. “Qazan” gənc sahibkarlara qarşıya qoyulan hədəflərə çatmaq üçün inkubasiya, akselerasiya və maliyyələşdirmə həlləri ilə təmin edərək, 500.000 manatadək investisiya qazanmaq şansı yaradır. Şirkətin marketinq üzrə mütəxəssisi Nuranə Məmmədli layihələrin seçim mərhələsindən istehsalata kimi keçən mərhələlər haqqında məlumat verdikdən sonra tələbləri maraqlandıran sualları cavablandırdı.