2019-cu il mayın 17-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən “Pİ LİVE” (Psixoloqla canlı ünsiyyət) layihəsinin növbəti qonağı oldu. İnstitutun rəsmi Facebook və Instagram səhifəsində baş tutan və 1 saat boyunca davam edən canlı yayımda “gecikdirmə sindromu” (“procrastination”) mövzusunda ətraflı məlumat verildi və müzakirələr aparıldı.
Canlı yayım boyu psixoloq mövzu ilə bağlı bütün sualları cavablandırdı.