2019-cu il mayın 17-də Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin Avropa Parlamentində bir aylıq təcrübə proqramında iştirak edəcək 3 tələbəsi –Mustafa Qocayev, Zülfiyyə Şəfiyeva və İlkin Mamedov ilə görüşdü.
Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən təşkil edilən təcrübə proqramının müsabiqəsində 383 namizəd işitrak etmiş və Xəzər Universitetinin tələbələri müsabiqəni uğurla keçərək, Avropa Parlamentində təcrübə keçmək şansı əldə edən 15 nəfər arasında yer almışlar.
Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev tələbələri təbrik etdi və onlara təcrübə səfərində uğurlar arzuladı.
Sonda tələbələr təşəkkürnamə ilə təltif edildilər.