2019-cu il mayın 16-da Xəzər Universitetinin doktorantı Mələk Kərimovanın “İncəsənət sosial hadisə kimi:fəlsəfi yanaşma” adlı elmi tədqiqat işinin ilkin müzakirəsi keçirildi. Magistratura, doktorantura və elmi işlər bölməsinin koordinatoru Cabir Məmmədli iclası açaraq, doktorantın elmi fəaliyyəti, təqdim edilən sənədləri barədə ətraflı məlumat verdi. Daha sonra doktorant öz elmi işi barədə ətraflı məlumat verərək, tədqiqatın aktuallığı, elmi yeniliyi, məqsəd və vəzifələri, abrobasiyası, quruluşu və qısa məzmunu ilə bağlı məlumat verdi.
İclasda AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı fəlsəfə üzrə elmlər doktoru Roida Rzayeva, Azərbaycan Dillər Univeristetinin Psixologiya departamentinin müəllimi PhD Ceyhun Alıyev, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova, həmin fakültənin dekan müavini Validə Kərimova, Siyasi elm və fəlsəfə departamentinin müdiri PhD Elmar Mustafayev, həmin departamentin müəllimləri PhD Vasif Hüseynov, PhD Anar Cəfərov, Tural Hüseynli Psixologiya departamentinin müəllimləri –PhD Ləman Verdiyeva və Təhmasib Cavadzadə, Magistratura, doktorantura və elmi işlər bölməsinin koordinatoru Cabir Məmmədli, Siyasi elm və fəlsəfə departamentinin əməkdaşı Aygün Əliyeva, Xəzər Universitetinin doktorantı Ruslan Xəlilov, PhD Zəminə Ziyayeva iştirak edirdilər. Doktorant elmi işi ilə əlaqədar ətraflı məlumat verdikdən sonra, suallar və müzakirələr keçirildi.
Sonunda doktorantın elmi işinin Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyi və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağı üçün növbəti mərhələyə keçməsinə qərar verildi.