2019-cu il mayın 14-də Xəzər Universitetinin Beynəlxalq Əlaqələr şöbəsi “İndoneziya günü” təşkil etdi. Tədbirdə Xəzər Universitetinin əcnəbi tələbələri –Alif Paramardhika Putera, Rinda Harlina və Danu Ade Setiavan öz ölkələri haqqında təqdimat etdilər. Tədbirin məqsədi əcnəbi tələbələrin yerli tələbələr və işçi heyəti ilə mədəni mübadiləsinin gücləndirilməsi idi. Tədbir İndoneziyanın təbiəti, mədəniyyəti və adət-ənənələri haqqında interaktiv təqdimatdan və milli geyimlərin nümayişindən ibarət idi.
Tədbirin sonunda viktorina keçirildi və qaliblərə İndoneziyadan gətirilmiş hədiyyələr verildi.