2019-cu il mayın 13-də Xəzər Universiteti Psixologiya departamentinn müəllimi Nilufər Əlizadənin təşkilatçılığı ilə universitetin “Neftçilər” korpusunda Müasir Psixologiya Mərkəzinin direktor müavini psixoloq Aida Nəbiyeva “Texnologiyadan autizmə gedən yol” mövzusunda seminar keçirdi. Seminarda Xəzər Universitetinin tələbələri ilə yanaşı, müəllim kollektivi də iştirak edirdi. İştirakçılara autizm spektr pozuntusu haqqında, yeni sistematik diqanostika, fərdi misallar, autizmin müalicə texnikaları və müddəti və telefon, TV kontaktının yarada biləcəyi təsirlər haqqında ətraflı məlumat verildi, çap olunmuş vəsaitlə təmin olundular.
Seminardan sonra müzakirələr nəticəsində, yeni layihə ideyaları müzakirə olundu və bundan sonra daha sıx əməkdaşlıq qurulması qərara alındı.