Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ənənəvi Tələbə Yaradıcılıq Festivalının qalibləri mayın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilmiş yekun konsertində elan olunmuşdur. Xəzər Universiteti festivalda iki nominasiya üzrə iştirak edərək, hər ikisində qalib olmuşdur.
Universitetin rəqs ansamblı (müəllim: Səbinə İsmayılova) rəqs nominasiyası, Humanitar, təhsil və sosial elmlər fakültəsinin tələbəsi Elvin Əliyev vokal nominasiyası üzrə (müəllim: Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) birinci yeri tutmuşlar.
Qeyd edək ki, Xəzər Universiteti son illərdə festivalın ardıcıl qalibi olur.