2019-cu il mayın 5-də Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri Roza Arazovanın təşkilatçılığı ilə Mühəndislik və təbiət elmləri fakültəsinin I il tələbələri Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində oldular. Muzey bələdçisi tələbələrə maraqlı məlumatlar verdi. İlk dəfə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olan tələbələr əvvəlcə açıq səma altında yerləşən muzeyi gəzdilər və buradakı eksponatlarla tanış oldular, daha sonra xatirə fotosu çəkdirərək, səfəri yekunlaşdırdılar.