2019-cu il mayın 3-də Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, TİKA Bakı Proqram koordinatorluğu və Bakı Yunus Emre İnstitutunun dəstəyi, SEBÎLÜRREŞAD Mədəniyyət və Təhsil Dərnəyi, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə “Mehmet Akif Ersoydan Bəxtiyar Vahabzadəyə “İstiqlal şüuru” adlı konfrans keçirildi.
Konfransı Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova açaraq, hər kəsi salamladı, konfransın işinə uğurlar arzuladı. Açılış çıxışından sonar Türkiyənin məşhur yazarlarından Abdurrahman Dilipak, Azərbaycan Atatürk Mərkəzinin şöbə müdürü Əkbər Qoşalı, Türkiyənin keçmiş millət vəkili Recep Garibi, Xəzər Universitetinin müəllimləri Vurğun Əyyub, Telman Nüsrətoğlu iki qardaş ölkənin keçdiyi istiqlal yolu, milli mübarizənin ədəbi əsərlərdə əks olunması ilə bağlı çıxışlar etdilər. Daha sonra universitetin Kamera Orkestri Türkiyə və Azərbaycan qardaşlığına həsr olunan konsert proqramı ilə çıxış etdi. Konfransın sonunda türkiyəli qonaqlar Xəzər Universitetinin rektoru İradə Xəlilovaya, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədliyə, Dillər və ədəbiyyatlar departamentinin müdiri Vurğun Əyyuba və Tarix və arxeologiya departameninin müəllimi Telman Nüsrətoğluna iki ölkə arasındakı qardaşlığın inkişafına töhfələrindən dolayı təşəkkürnamə təqdim edildi.