2019-cu il mayın 3-də Özəl Universitetlər Assosiasiyasının təşkilatçılığı ilə Gürcüstanın Tbilisi şəhərindəki Saakaşvili Prezident Kitabxanasında gürcü elm adamlarının Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşü keçirildi. Görüşdə Professor İsaxanlının həyat və fəaliyyəti barədə geniş məruzə edildi. Onun, xüsusilə, poetik yaradıcılığı haqqında ətraflı söhbət açıldı, Bakıda yaşayan Gürcüstan əsilli şair, jurnalist və tərcüməçi İmir Məmmədli Hamlet İsaxanlı və onun şeirləri mövzusunu davam etdirdi. Gürcü filoloqları, tələbələr və İmir Məmmədli Hamlet İsaxanlının Tbilisidə gürcü dilində nəşr olunmuş “Ömür poeziyası” (tərcüməçi: İmir Məmmədli) adlı kitabından şeirlər oxudular.
Görüşdə Gürcüstan elm və sənət adamları, tələbələr və Gürücstanda yaşayan azərbaycanlıların nümayəndələri iştirak edirdilər.