2019-cu il mayın 3-də bu yaxınlarda “Payız meşəsində vals” pyesi ilə Mədəniyyət Nazirliyinin elan etdiyi “Birpərdəli pyeslər” müsabiqəsinin qalibi olmuş –I mükafatın sahibi dramaturq, filosof Firuz Mustafa Xəzər Universitetində “Yaradıcı yazı” fənninin qonağı oldu. Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı, həmçinin, tələbələr Səidə Cabarova və Nərmin Ələkbərova tanınmış yazarın çoxşaxəli yaradıcılığından danışdılar. Sonra tələbələrin suallarını cavablandıran yazar tələbələri yaradıcılıq laboratoriyası ilə, pyeslərində etdiyi yeniliklərlə yaxından tanış etdi, nümunələr gətirərək, dramaturgiyanın fəlsəfəsindən söz açdı.
Görüşün sonunda qonaq “Ölü dildə sevgi məktubları” kitabını yaradıcı yazı fənninin kitabxanasına bağışladı.