2019-cu il aprelin 30-da Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan müavini Validə Kərimova (doktorant) Bakı Mühəndislik Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ilinə həsr olunmuş Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransında iştirak etdi. Konfransa Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Kanada və s. kimi ölkələrin gənc tədqiqatçıları və elm adamları öz tezisləri ilə müraciət etmişdilər. Qeyd edək ki, 1500-ə yaxın tezis arasından 4 dildə –Azərbaycan, türk, rus, ingilis dillərində 700-ə yaxın elmi məqalə qəbul edilmişdi. Əsas hədəf müxtəlif ölkələrin elmi tədqiqatçılarını bir araya gətirməklə, elmlə məşğul olan gənclər arasında əlaqələrin qurulmasını təmin etməkdən ibarətdir.
Konfransda Validə Kərimova “Alt və Üst struktur ikimənalılığı (ambiguity) arasındakı sintaktik fərq” tezisi ilə çıxış etdi. İnteraktiv keçən çıxışın ardınca elmi tədqiqatçılara elmi məqalələrin dərc olunduğu iki cildli kitab və sertifikat təqdim edildi.
Məqaləni tam şəkildə bu link vasitəsilə oxumaq olar: