2019-cu il aprelin 25-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı İstanbul şəhərinə rəsmi səfəri zamanı Yeditepe Universitetinin Anadolu bölgəsində yerləşən xəstəxanalarını ziyarət etdi. Yeditepe Universiteti Tibbi qurumlar üzrə baş koordinatoru professor Fahrettin Keleştimur Hamlet İsaxanlıya universitet haqqında məlumat verdi. Həmin gün Hamlet İsaxanlı, Fahrettin Keleştimur və Əlövsət Əmirbəyli Yeditepe Universitetinin mərkəzi kampusunda oldular. Yeditepe Universitetinin qurucusu Bedrettin Dalan köhnə dostu Hamlet İsaxanlı ilə görüşündən çox məmnun olduğunu bildirdi. Hamlet İsaxanlı Xəzər Universitetinin son illər gördüyü işlər və əldə etdiyi nailliyyətlər haqqında Bedrettin Dalana məlumat verdi. Sonra B.Dalan qonaqlarla birlikdə “İstek Vakfı”nın yaradılmasının 34 illiyinə həsr edilmiş ədəbi-bədii proqramda iştirak etdilər.