2019-cu il aprelin 27-də Bakı Mühəndislik Universitetində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası”nın yarımfinal mərhələsi keçirildi. Xəzər Universitetini təmsil edən Təbiət elmləri və mühəndislik fakültəsinin tələbələrindən (Mənsur Qulami, İlqar Hüseynli və Asəf Novruzov) ibarət komanda olimpiadanın final mərhələsinə vəsiqə qazandı.
Qeyd edək ki, olimpiadanın final mərhələsi 2019-cu il mayın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.
Qaliblər (I-IV yerlər) “Azercell” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaq.