2019-cu il aprelin 29-da BP-nin Hüquq məsələləri üzrə müşaviri Şamay Zurayeva və Sosial investisiyalar üzrə mütəxəssisi Natavan Babayevanın Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin yuxarı kurs tələbələri ilə görüşü keçirildi. Görüşdə BP-nin həyata keçirəcəyi Mentorluq Proqramı və “Yeni fikir” müsabiqəsi haqqında tələbələrə ətraflı məlumat verildi.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırıldı.