2019-cu il aprelin 24-də Maltəpə Universitetinin konsert salonunda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının İstanbulda ikinci dəfə nəşr edilmiş “Hazana övgü” kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimini giriş sözü ilə Təhsil fakültəsinin dekanı, KUNİB-in başqanı professor Ramazan Korkmaz açaraq, hər kəsi salamladı. Təhsil fakültəsi tələbələrinin ifasında şairin şeirləri səsləndi. Şair-yazar İmdat Avşar H.İsaxanlı haqqında danışdı və şairin “Anama deyin” şeirini oxudu.
Sonra səhnəyə Hamlet İsaxanlı dəvət edildi. O, “Hazana övgü” kitabının yaranma tarixindən danışdı. Şeirlərini söylədi. Hamlet İsaxanlının şeirləri salondakılar tərəfindən alqışlarla qarşılandı. Sonda “Hazana övgü” kitabının imza günü keçirildi. Maltəpə Universitetinin rektoru professor Şahin Karasar tərəfindən imzalanmış təşəkkür plaketi professor Hamlet İsaxanlıya təqdim edildi.
İmza günü çoxlu sayda xatirə şəkilləri çəkildi.