2019-cu il aprelin 22-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli İstanbul şəhərində Avropa Asiya Birliyi Türk İqtisadi, Sosial və Mədəni Araşdırmalar Vəqfinin başqanı Şaban Gülbaharla görüşdü. Görüş zamanı hər iki tərəfi maraqlandıran məsələlər müzakirə edildi.
2019-cu il aprelin 23-də Şaban Gülbahar və Avrasiya Strateji Araşdırmalar Mərkəzi İdarə Heyətinin sədri Murat Doğanay Professor Hamlet İsaxanlının şərəfinə ziyafət verdilər. Ziyafət zamanı Xəzər Universiteti və Avrasiya Akademiyası arasında geniş əlaqələrin yaradılması müzakirə edildi. Şaban Gülbahar Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya ASAM-ın mükafatını təqdim etdi.