2019-cu il aprelin 17-də Türkiyənin Kastamonu Universitetinin professoru Vüsalə Musalı Xəzər Universitetində “Klassik Azərbaycan ədəbiyyatını niyə və necə öyrənməli?” adlı seminar keçirdi.
Seminarda Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Vurğun Əyyub, AMEA Folklor İnstitutunun Beynəlxalq əlaqələr sektorunun müdiri, folklorşünas Əli Şamil, Dillər və ədəbiyyatlar departamentinin müəllimləri: dosent Dilbər Zeynalova, dosent Xatirə Yusifova, fil.ü.f.d. Aynur Qəzənfərqızı və Humanitar, təhsil və sosial elmlər fakültəsinin ikinci kurs tələbələri iştirak edirdilər.
Seminarda Kastamonu Universitetinin professoru Vüsalə Musalı klassik Azərbaycan ədəbiyyatının dövrləri, dövrləşdirmə prinsipləri, klassik ədəbiyyatın tədrisi və metodikası, şeir vəznləri, xüsusən, əruz vəzni, bəhrləri, qafiyələnmə sistemi və s. məsələlər haqqında məlumat verdi.