Beş əsrdir ki, Vilyam Şekspir dünyanı heyran edir. O hamını güldürür, həyəcanlandırır, insan onu oxuduqca öz təbiətinin dərinliyini görür, ucalır. Onun yaradıcılığının təsir dairəsi o qədər genişdir ki, hər bir oxucu bu təsirdən mütləq özünə nəsə bir şey örnək edir.
Xəzər Universitetinin 4-cü kurs tələbələri Vilyam Şekspirin xatirıəsini yad etdilər. Aprelin 23-də İngilis dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə zala toplaşan tamaşaçılar dayanmadan onları alqışlayırdılar. Departamentin müdiri prof. Bəhmən Amani Şekspir yaradıcılığından danışdı. Departamentin baş müəllimi Nailə Qasımova Şekspir haqqında poema oxudu, tələbələr öz məharətlərini göstərdilər. Əhəd, Elza, Jalə, Səddam, Həsən və Emil “Hamlet” faciəsindən bir parça göstərdilər. Sonra sevimli sonetlər oxunuldu. Ranmali, Aytən, Sevinc, Aysel və Aygül çox məharətlə bu sonetləri oxudular.
Sonda bütün iştirakçılar və zaldakı tamaşaçılar “Otello” əsərindən bir parça söylədilər. Bu çox fantastik bir ifa idi. Tədbir “Romeo və Cülyetta” faciəsindən sevgi haqqında bir mahnı ilə sona yetdi. Bu tədbir bir də sübut etdi ki, nə qədər ki insan yaşayacaq, həyat davam edəcək, o qədər də Şekspir qəhrəmanlarının hiss və həyəcanları bizi düşündürəcək, kədərləndirəcək və sevindirəcək.