2019-cu il aprelin 24-də Xəzər Universitetinin İngilis dili və Ədəbiyyatı departamentinin müəllimi Milana Abbasova (doktorant) və Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin dekan müavini Validə Kərimova (doktorant) Azərbaycan Universitetinin təşkilatçılığı ilə “İkimənalılıq və sosial şəbəkələrdə dil normalarını pozan qısaltmalar” adlı seminarla çıxış etdilər. Seminarda sosial şəbəkələrdə abreviatur, akronim, numeronim və piktoqramların istifadəsi nəticəsində yaranan ikimənalılıq haqqında geniş və dolğun məlumatları M.Abbasova, cümlənin alt və üst qatları, alt qatda ikimənalılıq (ambiguity), ədəbi dil normaları və bu normaların pozulması haqqında V. Kərimova ətraflı bəhs etmişdir. İnteraktiv keçən seminarın sonunda tələbələr və seminar aparıcıları ilə sual-cavab keçirildi və Azərbaycan Universitetinin Xarici dillər kafedrasının müdiri Ph.D. Samirə Məmmədova öz təşəkkürünü seminar aparıcılarına bildirdi.