2019-cu il mayın 27-də Xəzər Universitetndə Akaki Tsereteli Dövlət Universitetinin koordinatoru olduğu və Xəzər Universitetinin də əməkdaşlıq etdiyi Erasmus+ AESOP layihəsinin növbəti idarəetmə görüşü keçirildi. Tədbirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Portuqaliya, Polşa, İtaliya, Finlandiya, Avstriya və İngiltərədən 16 tərəfdaş universitetin nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Erasmus+ ofisinin rəhbəri və əməkdaşları da iştirak edirdilər. Görüşdə indiyə qədər layihə çərçivəsində görülmüş işlər, təlimlər və s. haqqında məruzələr dinlənildi və bundan sonra görüləcək işlərlə bağlı müzakirələr aparıldı.
Görüşün sonunda Azərbaycan Milli Erasmus+ ofisi tərəfindən layihənin monitorinqi keçirildi və layihə çərçivəsində görülmüş işlərin hesabatı dinlənərək tövsiyələr verildi.