2019-cu il martın 14-də Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin kimya mühəndisliyi və neft mühəndisliyi ixitisaslarında təhsil alan tələbələr üçün PETRONAS şirkətinin Azərbaycan nümayəndəliyinin təqdimatı keçirildi. Təqdimat PETRONAS şirkətinin kimya mühəndisliyi, neft mühəndisliyi ixitisasları üzrə təhsil alan tələbələrə təhsillərini Malayziyanın PETRONAS Texnologiya Universitetində (UTP) davam etdirmək üçün elan etdiyi tam təqaüd proqramına həsr edilmişdi. Əvvəlcə, şirkətin nümayəndəsi Aysel Allahverdiyeva şirkət haqqında məlumat verərək bildirdi ki, PETRONAS dünya neft-qaz şirkəti yarandığı andan dünyanın 35 ölkəsində biznes maraqları ilə inteqrasiya olunmuş Malaysiyanın beynəlxalq neft-qaz şirkətidir. Şirkət neft-qaz sektorunda geniş sahəli fəaliyyəti ilə fərqlənir. 1975-ci ildən etibarən, PETRONAS 36.000-dən çox layiqli və bacarıqlı tələbəyə təhsil potensialını yüksək səviyyədə həyata keçirmək üçün təqaüd təklif etmişdir.
Təqdimatın sonunda şirkət nümayəndələri tərəfindən tələbələrin sualları cavablandırıldı.