Xəzər Universitetinin Tarix və arxeologiya departamentində tələbələrin Azərbaycanın tarix və mədəniyyət abidələri ilə tanış edilməsinə xüsusi diqqət yetirilir. Departamentin müəllimi t.ü.f.d. Səbuhi Əhmədovun Təbiət elmləri və mühəndislik fakültəsinin bir qrup tələbəsi ilə apardığı dərslərdə Azərbaycanın qədim yaşayış məskənlərindən olan Abşeronun Qala kəndi haqqında məlumat verilmişdir. Tələbələr Qalanın tarixi və abidələrinin ən vacib səhifələri ilə bağlı prezentasiyalar hazırlamışdılar. Belə ki, kənddə olmuş tələbələr Qalanın qədim və orta əsrlər dövrü tarixi, həmçinin, burada fəaliyyət göstərən Qala tarix-etnoqrafiya muzeyi haqqında müxtəlif mövzularda çıxışlar etdilər.
Prezentasiyaları Təbiət elmləri və mühəndislik fakültəsinin “C” qrupunun tələbləri Nuranə Əhmədova, Nisə Əmirova, Aygün Səfərova, Nailə Nəsibova və “D” qrupunun tələbələri Aidə Şahnəzərli, Ülviyə Rəcəbalıyeva, Elnurə Fətiyeva, İlkanə İbrahimbəyli, Fidan Axşinaz, Zöhra Mirizadə, Elnurə Eldarova, Kəmalə Orucova, Nigar Əliyeva, Şəbnəm Mehdiyeva, Səadət Əmirzadə, İmaməli İbrahimov, Azər Hacıyev, Naid Cəbrayılov hazırlamışdılar.