Xəzər Universitetinin Riyaziyyat departamenti yüksək impakt faktorlu jurnallarda məqalə çapı istiqamətində fəaliyyətini davam etdirir. Son olaraq Zaur Qasımov və Aydın Şükürovun həmüəllif olduqları daha bir məqalə (Zaur A. Kasumov, Aydin Sh. Shukurov. On frame properties of iterates of a multiplication operator, Results in Mathematics, 74:84, 2019) Clarivate Analytics (əvvəlki adı Thomson Reuters) siyahısına daxil olan yüksək impakt faktorlu “Results in Mathematics” jurnalında çapdan çıxmışdır.
Qeyd edək ki, cari 2018/2019-cu tədris ilində Riyaziyyat departamentindən yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrin ümumi sayı 8 oldu.
Məqaləni bu link vasitəsilə oxumaq olar: