Aprelin 1-5-də Gəncə Dövlət Universitetində PETRA layihəsi çərçivəsində növbəti təlim proqramı keçirildi. Xəzər Universitetinin dörd nümayəndəsi - İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva, Kitabxana informasiya mərkəzinin direktor müavini Aytac Misgərli, Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə və doktorantura tələbəsi Abdulla Rahman Balogun Məhəmməd-Şittu təlim proqramında iştirak etdilər.
Tədris proqramı təlim və öyrənmə prosesində tədqiqat bacarığının inkişafı və İT-nin təkmilləşdirilməsinə həsr olunmuşdu. Proqramın ilk günündə Azərbaycandan olan tərəfdaş universitetlər hər bir universitetdə layihənin icrasının nəticələrini təqdim etdilər. Tədrisin ikinci günündə isə Debrecen Universiteti tədris və tədris mərkəzlərinin ən yaxşı təcrübələri üzrə seminar keçirdi.
Proqramın üçüncü günü layihənin idarə olunması və koordinasiyasına həsr olundu. Bütün məsul tərəfdaşlar layihənin həyata keçirilməsi barədə hesabat təqdim etdilər. İdarə heyəti görüşün sonunda plan və fəaliyyətlər üzrə əsas qərarlar qəbul etdi..
Tədbirin dördüncü günündə Tətbiqi Elmlər Universiteti BFI Vyana nümayəndələri ilə birlikdə seminar keçirdilər. Open Access haqqında seminar Dr. Dietmar Paier və Johannes Wetzinger tərəfindən verildi. Günün ikinci yarısında Xəzər Universitetinin əməkdaşı Raziyə İsayevanın rəhbərliyi ilə universitetlərdə tədris və təlim problemləri ilə bağlı seminar keçirildi. Hər bir iştirakçı universitetin komandası, tədris və öyrənmə problemləri ilə yanaşı, layihənin hər bir universitetində yaradılan Tədris Mərkəzlərinin vasitələrindən istifadə edərək, təkliflər irəli sürdülər.
Seminarın beşinci günü MOODLE platformasına, tələbə öyrənməsini yaxşılaşdırmaq üçün necə istifadə olunduğuna həsr edildi. Seminar Jyvaskyla Universitetinin əməkdaşı Pieta Sikström tərəfindən aparıldı. O, eLearning ideyasını təqdim etdi və MOODLE platformasından necə istifadə edilməsi barədə praktiki məşğələ keçirdi. Sonra seminarda Xəzər Universiteti və Bakı Slavyan Universiteti öz elektron təlim platformalarını təqdim etdilər.