2019-cu il aprelin 5-də “Hava–Yer–Dəniz qarşılıqlı əlaqələri” mövzusunda 1-ci Beynəlxalq Konfransın ikinci günü baş tutdu. Konfrans iştirakçıları müzakirə olunan mövzulara, hava, yer, dəniz səthində qeyd edilən problemlərə dair təklif etdikləri həll yollarına dair təqdimatlar dinlənildi, müzakirələr aparıldı. Konfrans YUNESKO-nun Eromologiya üzrə rəhbəri, Gent Universitetinin professoru Donald Gabriel, Cənubi Metodist Universitetinin professor Şlomo Veber, İstanbul Aydın Universitetinin prorektoru Zafer Aslan, Xəzər Universitetinin rektoru professor İradə Xəlilova və Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Dr. Rövşən Abbasovun bağlanış nitqləri ilə yekunlaşdı.
Konfransdan sonra qonaqlar üçün kiçik səyahət təşkil olundu.