2019-cu il aprelin 1-də Xəzər Universitetinin inşaat mühəndisliyi ixtisasının tələbələri departamentin koordinatoru Rasim Bayramlının rəhbərliyi ilə Sumqayıt Texnoloji Parkında (STP) praktikada oldular. Praktika zamanı STP-da olan inşaat məmulatları, qaynaq quraşdırma, mexaniki emal, sendviç panellər, antikorreziya, qumlama və lahiyə işçi sənədlər üzrə metal konstruksiyaların hazırlanma texnologiyası ilə tanış olundu.
Bundan başqa, tələbələr qaynaq quraşdırma zavodunda “HOWO STP” markalı tikinti və sənayenin müxtəlif sahələrində istifadə olunan və təyinatına görə bir-birindən fərqlənən inşaat maşınlarının, habelə, yük avtomobillərinin şassiləri üzərinə quraşdırılan özüboşaldan və bortlu kuzovlar, səbətlər, kran maşınlar, sendviç paneldən konteynerlər istehsal olunan zavodlarla tanış oldular.
Görüş Xəzər Universitetinin metal konstruksiya ixtisasının müəllimləri və zavodun baş mütəxəssislərinin iştirakı ilə tələbələr üçün çox səmərəli keçdi.