2019-cu il martın 19-da Parafr.az saytı gənc şairlər Emin Piri və İntiqam Yaşarın Xəzər Universiteti tələbələri ilə martın 15-də keçirilmiş görüşü barədə xəbərlə birgə fotoreportaj yayımlamışdır. Saytın məlumatına görə, diskussiya formatında təşkil olunan görüşdə müəlliflər şeirlərini səsləndirmiş, tələbələrin suallarını cavablandırmışlar. Görüşün təşkilatçısı və moderatoru Xəzər Universitetinin müəllimi Qardaşxan Əzizxanlı çıxışında tələbələrlə belə görüşlərin davamlı xarakter daşıyacağını bildirmişdir.
Xəbəri bu link vasitəsilə oxumaq olar:
https://parafr.az/oxu/xzr-universitetind-emin-piri-v-ntiqam-yaarla-gr-fotolar.html#gsc.tab=0