2017-ci il noyabrın 7-9-da “labex TransferS” və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə Xəzər Universitetində keçirilmiş “Qafqazda görüşlər və qarşılıqlı təsirlər. Mədəniyyətlərarası əlaqələrin uzunmüddətli tarixi” adlı beynəlxalq konfransın materiallarından ibarət irihəcmli toplu – “A long-term history of Cross-cultural Transfers in the Caucasus” 10 fevral 2019-cu ildə ingilis dilində Xəzər Universitetinin Nəşriyyatında çapdan çıxdıqdan sonra, artıq eyni kitab Fransada da fransız dilində tərəfdaş qrup tərəfindən Demopolis nəşriyyatında çap edilib. Kitab fransız dilində “La montagne des langues et de peuples. Imbrications et transferts dans l’espace du Caucase” adlanır.
Redaktorlarının Hamlet İsaxanlı (Xəzər Universiteti), Şahin Mustafayev (AMEA) və Michel Espagne (Elmi Araşdırmalar üzrə Milli Mərkəz, Paris) olduğu topluda Azərbaycan, Fransa, Gürcüstan, Rusiya, Dağıstan və İnquşetiyadan olan 20 görkəmli alim, aparıcı mütəxəssis və tədqiqatçıların məruzələrinin tezisləri yer almışdır.