2019-cu il martın 19-da Xəzər Universitetndə Novruz bayramı münasibətilə şənlik keçirildi. Tədbirdə universitetin rəhbərliyi, dekanlar və departament müdirləri, əməkdaşlar və tələbələr iştirak edirdilər.
Bayram tonqalı yandırılandan sonra universitetin rektoru vəzifəsini icra edən dosent İradə Xəlilova universitet kollektivini və tələbələri bayram münasibətilə təbrik etdi, onlara işlərində və təhsillərində, şəxsi həyatlarında uğurlar arzuladı.
Tələbələr tonqal ətafında rəqs edib, şənləndilər. Bayram şənliyi universitetin Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı ilə müşayiət olundu. Müslüm Maqomayev adına Akademik Filarmoniyanın solisti, Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarova mahılar ifa etdi. Bayram şənliyi xoş əhval-ruhiyyə ilə başa çatdı.