2019-cu il martın 18-də Xəzər Universitetində Direktorlar və Qəyyumlar Şurasının illik toplantısı keçirildi. Toplantıda İdarə Heyətinin üzvləri, iş adamları və digər rəsmi dəvət edilmiş şəxslər iştirak edirdilər. Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı toplantı iştirakçılarını salamlayaraq, şura haqqında geniş məlumat verdi. İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı Xəzər Universiteti və ona bağlı olan qurumlar haqqında slaydlarla məlumat verdi. Sonra şura üzvləri Buzovnada yerləşən konfrans mərkəzini və oteli gəzdilər.
Şura üzvlərinin şərəfinə ziyafət verildi.