2019-cu il martın 14-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli və şair-yazar İmdat Avşar Kapadokya Universitetini ziyarət etdilər. Universitetin rektoru, professor Hasan Ali Karasar qonaqları səmimi salamlayaraq, Türkiyənin tarixi bölgəsi olan Kapadokya və universitet haqqında məlumat verdi. Universitetin laboratoriyaları, muzey içində yerləşən sinifləri və kitabxanası ilə tanış etdi. Hasan Karasar Hamlet İsaxanlıya universitetin hədiyyələrini təqdim etdi. Rektor Hasan Ali Karasar Kapadokya Universiteti adından ən qiymətli hədiyyəsini –M.Ə.Rəsulzadənin 1930-cu ildə Parisdə rus dilində çap edilmiş “Panturanizm” haqqında kitabını təqdim etdi. H.İsaxanlı səmimi qəbul üçün Kapadokya Universitetinin rəhbərliyinə dərin təşəkkürünü bildirdi və Xəzər Universiteti haqqında məlumat verdi.
Hər iki universitet arasında rəsmi müqavilə imzalandı. Universitet rəhbərliyi tərəfindən qonaqların şərəfinə ziyafət verildi.