2019-cu il martın 13-də Xəzər Univeritetinə bu il qəbul olunmuş doktorant və dissertantlarla görüş keçirildi. Görüşü giriş sözü ilə universitetin Magistratura, doktorantura və elmi işlər bölməsinin koordinatoru Cabir Məmmədli açdı, doktorant və dissertantları təbrik etdi.
Sonra universitetin rektoru vəzifəsini icra edən dosent İradə Xəlilova iştirakçıları salamladı, onlara uğurlar arzuladı.
Sonra C.Məmmədli təhsil prosesi, qaydalar və s. haqqında təqdimat etdi, sualları cavablandırdı.