2019-cu il martın 13-də Nevşehir Hacı Bektaş Veli Universitetinin konsert salonunda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, şair-yazar Hamlet İsaxanlı oxucuları ilə görüşdü.
Salona toplaşan çox sayda professor-müəllim heyəti və tələbələr şairin İstanbulda yeni nəşr olunmuş “Hazana övgü” kitabından şeirlər dinlədilər. Şairə çoxlu sayda suallar ünvanlandı.
Sonda yüzlərlə tələbə Hamlet İsaxanlıdan şeir kitabına imza atdırmaq üçün növbəyə düzüldülər. Şairə şəxsi suallar verdilər, onunla xatirə şəkilləri çəkdirdilər.