2019-cu il martın 11-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Erciyes Universitetinin rektoru Mustafa Çalışla görüşdü. Görüş zamanı H.İsaxanlı rektora Xəzər Universiteti haqqında geniş məlumat verdi və universitetin hədiyyələrini ona təqdim etdi. H.İsaxanlı və Mustafa Çalış iki universitet arasında əlaqələrin davam etdirilməsi ilə əlaqədar rəsmi protokolları imzaladılar. Görüş zamanı qərara alındı ki, bundan sonra təhsil sahəsində əlaqələr daha da genişləndirilsin. Mustafa Çalış Erciyes Universitetinin hədiyyəsini Hamlet İsaxanlıya təqdim etdi.