2019-cu il martın 2-də Xətai Sənət Mərkəzində Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin müəllimləri Qəhrəman Yusupov və Kamran Behbudovun təşkilatçılığı ilə Gənc Yaradıcı Əllər sərgisi təşkil olundu. Sərgidə 60-dan çox iştirakçı, o cümlədən, Xəzər Universitetinin tələbələri öz istedadlarını nümayiş etdirdilər. Mahnı oxuyan, şeir deyən, əl işləri hazırlayan, piano, gitarada və digər musiqi alətlərində ifa edən çoxsaylı gənclər istedadlarını təqdim etdilər. Sərgiyə 450 nəfərdən çox ziyarətçi baş çəkmişdir.
Qeyd edək ki, bu ilin mayında bu formatda sərgini Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin turizm və otelçilik ixtisasının tələbələri “Turizmdə innovasiyalar” mövzusunda təqdim etməyə hazırlaşırlar.