2019-cu il martın 1-də Xəzər Universiteti və Bakı Mühəndislik Universitetinin tərəfdaşı olduğu Erasmus+ PAWER layihəsinin daxili monitorinq görüşü baş tutdu. Layihənin monitorinqi tərəfdaş təşkilat olan Vroslav Universitetinin (Wrocław University) əməkdaşları Krzysztof Kafarski və Anna Posadowska-Malarz tərəfindən həyata keçirilirdi. Xəzər Universiteti və Bakı Mühəndislik Universitetinin əməkdaşları layihənin həyata keçirilməsi ilə bağlı geniş təqdimatla çıxış edərək, layihə çərçivəsində yerinə yetirilən işlər haqqında məlumat verdilər və monitorinq komissiyasının suallarını cavablandırdılar. Dinlənilən məlumatlar hesabatlat qənaətbəxş hesab edildi və layihənin həyata keçirilməsində görülən işlər təqdir edildi.
Qeyd edək ki, monitorinqdə Xəzər Universitetinin və Bakı Mühəndislik Universitetinin layihə üzvləri ilə yanaşı, Milli Erasmus+ ofisinin əməkdaşı da iştirak edirdi.