2019-cu il martın 5-də Xəzər Universitetində ənənəvi “Elm və Sənət Məclisi”nin 69-cu məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, Böyük Britaniyadan Waqas Ahmed və onun Londonda yenicə çapdan çıxmış “The Polymath” kitabı haqqında geniş məlumat verdi.
Sonra Waqas Ahmed geniş və maraqlı məruzə ilə çıxış etdi. Çıxışdan sonra müzakirələr başlandı. Müzakirələrdə İnqilab Əhmədov, Hassan Niknafs, Hamlet İsaxanlı, Rövşən Abbasov, Ziya Səmədli (Xəzər Universiteti); Şahin Fazil (AMEA-nın Tarix İnstitutu), Vaqif Əmirkişiyev, Boran Əziz (Bakı Dövlət Universiteti); Asif Bayramov (Azərbaycan Universiteti) və digərləri iştirak etdilər və məruzəçiyə suallar verdilər.
Sonda H.İsaxanlı çox maraqlı məruzə üçün Waqas Ahmedə dərin təşəkkürünü bildirdi.