2019-cu il martın 4-də Xəzər Universitetində “Çoxbilginlik” (On Polymaths) mövzusunda seminar keçirildi. Seminarı giriş sözü ilə İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Bahman Amani açaraq, Böyük Britaniyadan dəvət olunmuş “The Polymath” (“Çoxbilginlik”) kitabının müəllifi, “Khalili collection”-un bədii rəhbəri, FIRST jurnalının diplomatik müxbiri Ahmed Wagas haqqında geniş məlumat verdi. A.Waqas çoxbilginlik haqqında danışaraq, dünyada bu sahədə görülən işlər və araşdırmalar haqqında geniş məlumat verdi.
Sonda o, tələbələrin və “Dünya” məktəbinin şagirdlərinin suallarını cavablandırdı.