2019-cu il fevralın 28-də “Wood” STS-in (Texniki mütəxəssis xidmətləri) AGT regional meneceri Colin Russell Xəzər Universitetini ziyarət etdi.
Tədbirdə Xəzər Universitetindən rektor vəzifəsini icra edən dosent İradə Xəlilova, Akademik işlər üzrə prorektor professor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor dosent İsaxan İsaxanlı, Mühəndislik və təbiət elmləri fakültəsinin dekanı Dr. Hassan Niknafs, Fizika və elektronika departamentinin müdiri dosent Nuru Səfərov, Neft mühəndisliyi departamentinin müdiri dosent Qəşəm Zeynalov, Kimya və kimya mühəndisliyi departamentinin müdiri Dr. Rasoul Moradi, Coğrafiya və ətraf mühit departamentinin müdiri Dr. Rövşən Abbasov iştirak edirdilər.
Cənab Colin Russell şirkət və onun Bakıdakı fəaliyyəti haqqında qısa təqdimat etdi. Dosent İradə Xəlilova qonaqlara Xəzər Universiteti, onun proqramları, laboratoriyaları və tədqiqat maraqları barədə məlumat verdi. Tərəflər qarşılıqlı faydalı əməkdaşlıq üçün potensial sahələri müzakirə etdilər.